KGK Kodlaşdırma Cihazları

KGK Inkjet Kodlaşdırma Cihazları

KGK kodlaşdırma cihazları üstün Yapon texnologiyasıyla, yüksək məhsuldarlıq üçün istehsal edilmişdir.

İstehsalı Yaponiyada həyata keçirilən KGK kodlaşdırma cihazları, çox aşağı ləvazimat istehlakları, nasazlıq dərəcələri həddən artıq aşağı olan elektronik və mexaniki hissələri, iqtisadi ömürlərinin olduqca uzun olması kimi ümumiyyətlə məlum olan xüsusiyyətləriylə bütün dünyada davamlı artan və yüksək razılığa malik bir müştəri portfelinə çatmışdır. 1968-ci ildə, Yaponiya Wakayamada damğalı kodlaşdırma maşınları ilə çalışmalarına başlayan KGK- Kishu Giken Kogyo Co. Ltd., halhıazrda qabaqcıl texnologiyadan istifadə edərək istehsal edilən bir çox inkjet modeliylə müştərilərinə sürətli, iqtisadi və faydalı həllər təqdim edir.

kgk-inkjet-kodlama-cihazları

Yapon Texnologiyasıyla İstehsalatda Yüksək Məhsuldarlıq

KGK kodlaşdırma cihazları üstün Yapon texnologiyasıyla, yüksək məhsuldarlıq üçün istehsal edilmişdir. Mükəmməl işləyiş sistemləri sayəsində sistem dayanmaları minimalizə edilmişdir. Sürətli və çoxlu istehsalatlarda uzun işləyiş müddətləri boyunca yüksək məhsuldarlıq üçün dizayn edilən KGK kodlaşdırma cihazları, istehsal xətlərinizin davamlı işlər vəziyyətdə olmasını təmin edər.

Asan və Praktiki Menyu Sistemi

Klaviatura və ya 10,4 inç toxunmalı rəngli ekrandan istifadə edilməklə istehsalat tarixi, son istifadə tarixi, partiya no, barkod, loqo və məhsul xüsusiyyətlərinizi sürətli bir şəkildə dizayn edərək məhsulun üstünə yazdıra bilərsiniz. Ekranda, cihazda yer alan bütün ehtiyat hissə və filtrlərin dəyişdirmə proseduraları detallı bir qaydada görülə bilər. Cihazdan istifadə edən operator, bu proseduraları təqib edərək texniki müdaxilələri özü edə bilər, beləliklə istehsalatın fasiləsiz və maksimum məhsuldarlıqda olmasını təmin edə bilər.

Çox Az Ləvazimat İstehlakı

Cihazlarda istifadə edilən bütün original kimyəvilər, KGK kodlaşdırma cihazlarının dünyanın ən az ləvazimat istehlakı təmin edən kodlaşdırma cihazları olması üçün xüsusi tərkiblərlə istehsal edilmişdir.

Bütün KGK modelləri, bütün sistemin hava ilə rabitəyə keçməsinin qarşısını alacaq şəkildə dizayn edilmişdir. İsti şəraitlərdə istifadə edilən ləvazimatın buxarlaşması make-up back filter sistemi ilə minimalize edilmişdir. KGK, bütün inkjet modellərini Yapon texnologiyası ilə, sürətli və çoxlu istehsalatlarda minimum ləvazimat istehlakını təmin edəcək qaydada istehsal edilməkdə və bu xüsusiyyəti ilə bütün dünyada bilinməkdədir.

Mükəmməl Daxili Dizayn

KGK kodlaşadırma cihazlarının malik olduğu mükəmməl daxili dizayn, operatorun mürəkkəb sisteminə asanlıqla müdaxilə edilə bilməsini təmin etməkdədir. Geniş daxili həcm, bütün ehtiyat hissə və filtrlərə müdaxilələrinin asanlıqla edilməsini təmin edərək istehsalatda məhsuldarlıq itkisinin qarşısını alar.

Hava Kompressoru ilə Tozdan Təsirlənməyən Printer Baş

Standart sistemə daxil olan mini hava kompressoru, printer modula davamlı hava verərək xarincdən gələ biləcək toz, nəm vs kimi təsirlərdən qorunmağı təmin edər. Mini hava kompressorunun sayəsində printer modul yüksək məhsuldarlıqla kodlaşdırma edər.

Uzun Dayanmalarda Sistemin Müəyyən Fasilələrlə Özünü İşə salması

Yüksək məhsuldarlıqla işləyən KGK kodlaşdırma cihazları, uzun müddətli istehsalat dayanmalarında hər gün avtomatik olaraq özünü işə salaraq mürəkkəb özlülük və tıxanma kimi problemlərin qarşısını alar. Cihaz istənilən proqrama görə hər gün 1 saat avtomatik olaraq işləyib bağlanır. Bu sistem, cihazın davamlı və problemsiz kodlaşdırma üçün hazırda gözləməsinə imkan verər.

Mürəkkəb Axış Sisteminin Ekranda Görünməsi

Bütün mürəkkəb və klapan sistemi axış diaqramı çalışma anında ekranda görülə bilər. Beləliklə klapan və mürəkkəb sistemindəki digər elementlərin məhsuldarlıqları eyni anlı olaraq izlənə bilər və texniki müdaxilənin asanlıqla edilə bilməsi təmin edilər. KGK cihazlarında yer alan çox sayda sensor, şəraitdəki tələblərin dəqiq vaxtlı olaraq qəbul edilməsini, istilik və özlülük dəyişikliklərinin anlıq olaraq nəzarət edilməsini, bu sayədə operatorun dataları ekranda görməsini təmin edər.


Hərəkətli Gutter ilə Avtomatik Nozzle Bağlama Sistemi

KGK firması tərəfindən inkjet kodlaşdırma cihazlarında istifadə edilmək üzrə xüsusi olaraq dizayn edilən hərəkətli Gutter sistemi, Nozzle və Gutter’in cihaz bağlanarkən birləşməsini təmin edər və sistemin hava alaraq tıxanmasının qrşısını alar.

Gutter, cihaz bağlanarkən milin üstündə hərəkət edərək Nozzle ilə birləşir. Bu sistemin sayəsində inkjet kodlaşdırma cihazlarında ümumi olaraq görülən Nozzle tıxanmaları və mürəkkəb qurumasının qarşısı alınır. Bu xüsusi sistemin bütün dünyada hər cür patent hüquqları Yapon KGK Co.Ltd. firmasına aiddir.